Türkiyədə boşanmaq istəyən arvadını görmək üçün qayınanasının evinə gedən baş çavuş baldızını öldürüb, qayınanası və baldızı uşağını isə yaralayıb.
Musavat.com-un məlumatına görə, hadisə Kocaeli əyalətinin Kartepe rayonunda baş verib. Məlumata əsasən baş çavuş Alper D. boşanmaq istəyən həyat yoldaşı Aynurun anasının evinə gedib. Bir müddət sonra onların arasında mübahisə yaranıb və Alper D. silahını çıxararaq atəş açmağa başlayıb.
Nəticədə onun baldızı Aysun B. aldığı güllə yarasından hadisə yerində ölüb, qayınanası və baldızının azyaşlı uşağı ağır yaralanıb.
Ərinin silah çıxartdığını görən Aynur D. qaçaraq qonşunun evində gizlənib və oradan polisə zəng edib. Polislər gələnə qədər baş çavuş qaçmağa nail olub. Onun axtarışları davam edir.
Cia.az
