|
Rusiyada ev yanıb, 4 nəfər ölüb
Rusiyanın Amur vilayətində ikimərtəbəli fərdi evdə güclü yanğın baş verib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Svobodnıy şəhərində qeydə alınıb. Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, iki qadın və 6 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.
 
Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Faktla bağlı araşdırma aparılır.