"Reina" qətliamını törədən terrorist yaxalanıb.
Cia.az Türkiyə televiziyalarına istinadən xəbər verir ki , 1 yanvar 2017-ci il tarixində İstanbulun "Reina" adlı gecə klubunda qətliam həyata keçirən terrorist yaxalanıb.
Türk mediası yazır ki, terrorist Abdulkadır Masharipov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib.
***
1 yanvar 2017-ci il tarixində İstanbulun "Reina" adlı gecə klubunda qətliam həyata keçirən terrorist yaxalanıb. Türkiyəni qana bulayan və 39 can alan özbək əsilli terroristin tutuqlanması bütün Türkiyə televiziyalarının öz yayımını yarıda kəsməsinə səbəb olub.
Türk mediası yazır ki, terrorist Abdulkadır Masharipov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib.
Onun çoxmərtəbəli evlərdən birində qaldığı bildirilir. Hazırda terrorçunu prosedura uyğun olaraq, tibbi müayinədən keçirdib, daha sonra həbs edəcəklər.

cia.az
