|
Azərbaycan xalçaları Hannover sərgisində

Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də iştirak edir.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki,  “Azərxalça”  bu sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan,  Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları  böyük maraq və heyranlıqla qarşılayıblar.  Hannover sərgisində “ Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.  Sərgi yanvarın 14-dən  17-dək davam edəcək.

Xatırladaq ki , DOMOTEX  Beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində  bir araya gəlirlər.  DOMOTEX  xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.

Cia.az