Türkiyədə bir kafeyə girən fiziki məhdudiyyətli şəxs silahla müştəriləri qorxudaraq beş nəfəri girov götürüb.
Bu barədə Milliyet.com saytında xəbər yer alıb. Hadisə Samsun rayonunda baş verib. Kafeyə gələn polislər silahlı şəxsi dilə tutsalar da, onu girovları azad etmək üçün razı sala bilməyiblər. Lakin polislər silahlı adamın dalğınlığından faydalanaraq onu tuta biliblər.
Muhittin D. ad-soyadlı həmin şəxs daha sonra polis idarəsinə aparılıb. Verilən məlumata əsasən, fiziki məhdudiyyətli Muhittin D. borcu olduğu üçün depressiyaya düşüb və belə bir hərəkətə yol verib.
Cia.az
