|
Ruslardan “Charlie Hebdo” terroruna dəstək

Müqəddəs şəxsləri hədəfə alan Fransanın satirik jurnalı “Charlie Hebdo”nun əməkdaşlarının terrora məruz qalması Rusiya əhalisində bir mənalı qarşılanmayıb.

ANS PRESS-in məlumatına görə, "Makspark" saytının keçirdiyi sorğu bunu üzə çıxarıb.

Belə ki, sayt "Fransız jurnalı redaksiyasında güllələnlərə acıyırsınızmı?" sorğusu keçirib. Minlərlə insan buna münasibətini bildirib.

Sorğuya qatılanların 56%-i "Acımıram!", yəni əcəb olub, cavabı verib.

30 faizi "Acıyıram..." deyib.