|
Güclü qar 3 mindən çox evi işıqsız qoydu
Fransanın Korsika adasında güclü qar 3500-dən çox evi işıqsız qoyub. 
Bu barədə məlumat "Europe1"-də yer alıb. Məlumata görə, yanvarın 15-də 12 departamentdə təhlükə dərəcəsi elan olunub. Buna baxmayaraq, yaxın günlərdə adada havanın daha da pisləşəcəyi gözlənilir. Hazırda elektrik problemini aradan qaldırmağa cəhdlər edilir. 
Qarlı hava və işığın olmaması yollarda tıxacların yaranmasına da səbəb olub. Təmir işləri üçün bəzi yerlərdə helikopterlərdən istifadə olunur.
Cia.az