Amerikalı San-Fransisko kitabxanasından götürülən kitabı 100 ildən sonra qaytarıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Frensis Hopkins Smitin kiçik hekayələrdən ibarət "40 dəqiqə sonra" kitabını Uebb Consonun nənəsi kitabxanadan 1917-ci ildə götürüb.
Conson bildirib ki, onun nənəsi kitabın qaytarılmasına bir həftə qalmış dünyasını dəyişib. Kitabı 1996-cı ildə aşkar etsələr də onu kitabxanaya qaytarmağa tələsməyiblər. Belə hesab ediblər ki, bu qədər vaxt keçdiyi üçün kitab ailəyə məxsusdur.
Kitabı kitabxanaya qaytardıqdan sonra Conson 20 il ərzində bu işi görmədiyinə görə özünü günahkar hiss etdiyini bildirib.
Kitabxana vaxtı keçmiş kitabların qaytarılması üçün aksiya keçirdiyinə görə, Consonu cərimə etməkdən imtina edib.
Cia.az
