Serbiya prezidenti Tomislav Nikoliç yanvarın 14-də Belqraddan Kosovonun şimalı istiqamətində hərəkət etməli olan qatarın dayandırılmasından sonra Kosovo albanlarını "müharibəyə təhrik etməkdə" günahlandırıb.
"Report" xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
"Dünən (Yanvarın 14-də - red.) biz toqquşma astanasındaydıq", - deyə T.Nikoliç bildirib.
O qeyd edib ki, Serbiya "öz ərazisinin hər düyümünü", eləcə də, öz keçmiş Kosovo əyalətini müdafiə edəcək. Prezidentin sözlərinə görə, orada etnik serblər Kosovo albanları tərəfindən təhlükə altındadırlar.
DW-nin məlumatına görə, T.Nikoliç bildirib ki, "əgər serblər qətlə yetirilərlərsə, biz ora ordu göndərəcəyik".
Cia.az
