|
Beyrut-London təyyarəsində dava düşüb -
"Middle Eastern Airlines" aviaşirkətinin Beyrut-London reysi ilə uçan təyyarədə sərnişinlər dava edib.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, yaşlı kişi cavan oğlana yumruq vurduqdan sonra ara qarışıb. Digər sərnişinlər və aviaşirkətin işçiləri onları sakitləşdirməyə çalışıb. Davanın nə səbəbdən başladığı məlum deyil. Həmin anın görüntüləri təyyarədəki sərnişinlərin biri tərəfindən lentə alınıb. Həmin görüntüləri təqdim edirik: