|
Ağstafada maşın 47 yaşlı qadını vurub
Ağstafada yolu keçmək istəyən qadını avtomoibl vurub
 
APA-nın qərb bürosunun veridyi məlumata görə hadisə rayonun Köhnəqışlaq kəndində qeydə alınıb.
 
Kənd sakini 1970-ci il təvəllüdlü Xanım Zeynalova yolu keçən zaman “UAZ” markalı avtomobillə vurulub. Qadın müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
Cia.az