|
İngiltərədə təyyarə qəzaya uğrayıb, ölən var
İngiltərənin cənubunda Oksfordşir qraflığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.  
Qəza nəticəsində təyyarənin pilotu həlak olub. Bildirilir ki, hadisə yerli vaxtla 14:35-də baş verib. Məlumata görə, təyyarə Bakinqemşir qraflığının şimalından havaya qalxıb. Qəza isə Aston Rowant təbiət qoruğu yaxınlığında baş verib.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Cia.az