Aktyor Murad Yıldırım və həyat yoldaşı İmanə Elbani ikinci toya hazırlaşırlar.
Birinci toy ötən ilin dekabrın 25-də İstanbulda baş tutduğundan gəlinin qohum və dostlarının çoxu mərasimdə iştirak edə bilməyib.
Bu səbəbdən cütlük onlar üçün yanvarın 24-də Fələstində daha bir tədbir keçirmək fikrindədir. Hazırda toya hazırlaşan Murad və İmanənin Fələstindəki gecəsinə İstanbuldan da qonaqlar dəvət olunacaq.

Cia.az









