Hollivudun məşhur cütlüyü Ember Herd və Conni Depp arasında aylardır davam edən boşanma məhkəməsi yekunlaşıb.
Dünən aktyor və aktrisanın rəsmən ayrılması barəsində qərar qəbul edilib.
Razılıqlarda əsasən Conni keçmiş xanımına 7 milyon dollar ödəyəcək. Ember isə bu pulu xeyriyyə məqsədi ilə istifadə edəcəyini açıqlayıb. Aktyor artıq Herdə 200 min dollar ödəyib, növbəti ay isə onun hesabına bir milyon dollar keçirəcək. C.Depp qalan məbləği 2018-ci ilin fevralına qədər ödəməlidir.
Bundan əlavə, "Range Rover", "Ford Mustang" avtomobilləri, Pistolet və Bu adlı cins itləri, eləcə də Errou ləqəbli at aktrisada qalacaq. Conni məhkəmədə özünə 42 nəqliyyat vasitəsini (onlar arasında kater, avtomobil, qolf maşını var) qoruya bilib.
Qeyd edək ki, C.Depp və E.Herd 2015-ci ilin fevralında evlənib. 2016-cı ilin mayında isə Ember aktyori məişət zorakılığında ittiham edərək məhkəməyə verib.
Cia.az
