Salyan rayonun Qarabağlı kəndində avtomobillə vurulmuş 65 yaşlı Ağamalıyeva Asiya İbrahim qızı bu gün səhər saat 5 radələrində ağır xəsarətlərlə yerləşdirildiyi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Xatırladaq ki, kənd sakini Asiya Ağamalıyeva Salyan-Şirvan yolunun kəndlərindən keçən hissəsində yolu keçmək istəyərkən həmkəndlisi 71 yaşlı Fəxrəddin Əsgərovun idarə etdiyi 52 BH 398 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomovillə vurularaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Cia.az
