|
ABŞ-da 18 il əvvəl doğum evindən oğurlanmış qız tapılıb

1998-ci ildə ABŞ-ın Florida ştatındakı doğum evindən oğurlanmış Kamiya Mobli adlı qız Cənubi Karolinada tapılıb. 

 
"Report" xəbər verir ki, bu barədə CBS teleşirkəti məlumat yayıb. O zaman yeni doğulan uşağı Qloriya Uilyams adlı qaradərili qadın oğurlayıb. O həmin vaxt tibb işçisi geyimində olub. 
 
Qadına qarşı ittiham irəli sürülüb. Hazırda 18 yaşlı Moblinin vəziyyəti normal qiymətləndirilir
Cia.az