Rusiya və qondarama "Cənubi Osetiya" müttəfiqlik və inteqrasiya haqqında razılaşma çərçivəsində qondarma rejimin bir sıra hərbi hissələrinin Rusiya ordusunun tərkibinə daxil olması haqda yeni müqavilə imzalamağa hazırlaşırlar.
Axar.az xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında qondarma rejimin "müdafiə naziri" İbrahim Qasseyev söyləyib. O, razılaşmanın imzalanmasından sonra qondarma respublikanın hərbi biletlərinin Rusiyada da tanınacağını bildirib.
Qeyd edək ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu torpaqlar Tiflisin nəzarətindən çıxıb. Daha sonra Rusiya qondarma rejimin müstəqilliyini tanıyıb.
Ciaaz
