|
Bekham sinə əməliyyatından danışdı - "Çox peşmanam"
Futbolçu Devid Bekhamın həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekham qatıldığı verilişlərdən birində açıqlama verib.
Tez-tez xarici görünüşündə dəyişiklik edən müğənni bir müddət əvvəl sinəsində etdirdiyi əməliyyatı inkar etmişdi.
Lakin özündə güc toplayan Viktoriya bu əməliyyatını boynuna alıb və gənclərə nəsihət də verib:
“Mən sinə əməliyyatını inkar edirdim. Amma etiraf edib ki, bir müddət əvvəl belə bir əməliyyat keçirdim. Çox peşman oldum. Artıq sinəmdəki implantları çıxartdırmışam. İnsan gərək necə yaranıbsa, ona şükür etsin. Qızlara da məsləhət görürəm ki, təbii gözəlliyə üstünlük versinlər. İnandırım sizi ki, kişilər də təbii gözəli daha çox sevirlər”. 
Cia.az