|
Aparıcının verdiyi sual ona 100 minə başa gələcək

Müğənni Tuğba Özerk aparıcı Deniz Akkayanı məhkəməyə verib.

Müğənninin anası Günay Kapani "Duymayan kalmasın" maqazin proqramına telefonla qatılıb. Aparıcı ona bu sualı ünvanlayıb:

"Qızınızla aranız dəymişdi, siz onun sevgilisi ilə münasibətdə olmusunuz?".

Sualın etik normalardan kənar olması müğənnini özündən çıxarıb. O, aparıcıya 100 min lirəlik (təxminən 50 min manat) təzminat davası açıb.

Tuğba əldə edəcəyi gəliri şəhid ailələrinə bağışlayacağını bildirib.

Cia.az