|
Astanadan açıqlama: Suriya görüşlərinin tarixi bəlli deyil
Astanada baş tutması gözlənilən Suriya sülh müzakirələrinin tarixi və yeri bəlli deyil.
 
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi “RİA”ya açıqlamasında deyib.
 
“Görüşlərin tarixi hələ ki, bəlli deyil. Vaxtı biz müəyyən etmirik. Lakin müzakirələr Astanada, Xarici İşlər Nazirliyindən kənarda baş tutacaq. Görüş yeri ilə bağlı müzakirələr davam edir”, - nümayəndə bildirib.
 
Qazaxıstan rəsmisi görüşlərin daha sonrakı tarixə təyin ediləcəyini də istisna etməyib.
Cia.az