|
Rusiyada oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb
Rusiyanın Moskva vilayətinin Odinçovsk rayonunun Volkovo kənd sakininin evindən oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
Yanvarın 10-da, növbətçi hissəyə Moskva sakinindən onun mənzilindən oğurluq edilməsi barədə ərizə daxil olub. Qadın naməlum şəxsin onun Volkovo kəndindəki evinə daxil olaraq oğurluq etdiyini bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları adı hələlik açıqlanmayan 24 yaşlı azərbaycanlını saxlayıblar. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsi üzrə cinayət işi açılıb. Bu maddəylə nəzərdə tutulmuş azadlıqdan məhrumedilmə müddəti 6 ildir.
Məlumatda bildirilir ki, şikayətçiyə 9 min rus rubli miqdarında zərər dəyib.
Cia.az