|
Qızıl daşıyan təyyarə qəzaya düşdü

Zimbabvedə qızıl daşıyan təyyarə qəzaya uğrayıb. 


Musavat.com-un məlumatına görə, təyyarə qəzası nəticəsində iki nəfər yaralanıb. Ölkənin hava yollarından verilən məlumata əsasən, Coşua Mqabuko Nkomo beynəlxalq hava limanından qalxandan az sonra təyyarənin mühərrikində texniki nasazlıq meydana gəlib. Təyyarənin pilotu dərhal həyəcan siqnalını işə salıb. 
 
Təxminən 1 milyon dollar dəyərində qızıl daşıyan “Cessna 206” yüngülmühərrikli təyyarə Matebeleland şəhəri yaxınlığında yerə düşüb.