|
Türkiyə qırıcıları İraqın şimalında...- Əməliyyat
Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK-ya qarşı hava əməliyyatı keçirib.
 
Axar.az xəbər verir ki, əməliyyat zamanı terrorçulara məxsus 2 artilleriya qurğusu məhv edilib, 3 PKK-çı zərərsizləşdirilib.
 
Türkiyə Silahlı Qüvvələrindən (TSQ) verilən məlumatda əməliyyatın günorta saatlarında, Haftanin və Zap bölgələrində aparıldığı bildirilib.
 
Vəzifələrini uğurla icra edən hərbi təyyarələr bazalarına geri dönüblər.
cia.az