ABŞ üçün ilk təhdid Rusiyadır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın 45-ci Prezidenti Donald Trampın müdafiə naziri vəzifəsinə namizəd göstərdiyi Ceyms Mattis deyib.
“Rusiya ABŞ-ın strateji rəqibi olmağı yolunu seçdi. Təbii ki, bu məqam iki ölkə arasında əməkdaşlıq sahələrini xeyli azaltdı”, - Mattis bildirib.
Qeyd edək ki, Mattis ABŞ-da “Quduz it” ləqəbi ilə tanınır.
