Əlində silahı, bombası olan terrorçu ilə dolları, avrosu, faizi olan terrorçu arasında məqsəd baxımından heç bir fərq yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında çıxışı zamanı deyib.
Türk lider bildirib ki, hər iki tərəfin məqsədi Türkiyəni çökdürməkdir:
“Onların məqsədi Türkiyəni hədəfindən uzaqlaşdırmaq və təslim almaqdır. Buna görə də valyutandan silah kimi istifadə edirlər”.
Qeyd edək ki, qardaş ölkədə dollar 3.88, avro isə 4,11 lirəni ötüb.
cia.az
