|
ABŞ ordusundan etiraf: Dinc sakinləri öldürdük
ABŞ qırıcıları ötən il Əfqanıstanın Qunduz əyalətində yanlışlıqla 33 dinc sakini öldürüb, 27-ni isə yaralayıb.
 
Axar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun açıqlamasında deyilib.
 
“Ətrafda mülki şəxslərin olması barədə ordu məlumata malik deyildi. ABŞ hərbi qüvvələri qanuni şəkildə hərəkət etdi. Lazımi qayda və prinsiplərə əməl etdi”, - bəyanatda bildirilib.
 
Qeyd edək ki, sözügedən əməliyyatlar noyabr ayında həyata keçirilib.