İnanırıq ki, Astana görüşləri Suriya böhranının həll yolunda dönüş nöqtəsi olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-ın Suriya ilə bağlı qeyri-konstruktiv mövqeyinə baxmyaraq atəşkəs rejimi hələ davam edir. Vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişilib”, - Zaxarova bildirib.
XİN sözçüsü Rusiya, Türkiyə və İranın Suriya böhranı ilə bağlı dəqiq və konstruktiv şəkildə siyasət yürütdüyü bildirib.
cia.az
