Nigeriyada “Boko Haram” terror təşkilatı üzvlərinə qarşı əməliyyat təşkil olunub.
Musavat.com-un məlumatına görə, terror təşkilatına üzv olmaqda şübhəli bilinən 963 nəfər həbs olunub. Bu barədə Nigeriya Ordusunun generalı Lafiya Dole açıqlama verib.
General qeyd edib ki, saxlanılanlardan biri həkimdir və o, terrorçuları müalicə edirmiş: “Əməliyyat hərbi təyyarələrin dəstəyi ilə 2-8 yanvar tarixində, Sambisa meşəsi ərtafında aparılıb. Bununla da “Boko Haram” təşkilatı böyük qüvvə itirmiş oldu. Artıq onların Sambisa meşəliyində gücləri qalmayıb”.
cia.az
