|
NATO-nun kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib
NATO-nun Е-3А AWACS kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.  
 
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Almaniyanın Qaylenkirhen bazasından havaya qalxan LX-N90447 bort nömrəli təyyarə  Kalininqrad vilayətinə cənubdan yaxınlaşıb.  
 
Məlumata görə, təyyarə Polşanın hava məkanında 9500 metr hündürlükdən Rusiya ərazisini izləyib. 
cia.az