|
ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyə dair sorğusunu dəstəkləyib
ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Monteneqronun NATO-ya üzvlüyünün dəstəklənməsi barədə qətnaməni dəstəkləyib.  
 
APA-nın xəbərinə görə, növbəti mərhələdə məsələ Senatda müzakirəyə çıxarılaraq səsverməyə qoyulacaq. Bundan əvvəl İtaliya və Norveç  Monteneqronun NATO-ya üzv olmasını dəstəkləyib.
 
Hazırda NATO-nun 28 üzvü var. Sonuncu dəfə 2009-cu ilə Albaniya və Xorvatiya Alyansa üzv seçilib. 
cia.az