|
Obama Baydenə ABŞ-ın ali mükafatını təqdim edib
ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydeni Amerikanın iki ən yüksək mükafatından biri olan  Prezidentin Azadlıq medalı ilə təltif edib.   
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təltifetmə  Ağ Evdə təşkil olunmuş vidalaşma mərasimində keçirilib.  
 
“Co Bayden ən yaxşı vitse-prezidentdir. O, təmkinli, sadiq, təvazökar işçidir, vətənpərvər və ən əsası,  gözəl ailə başçısıdır”, - deyə Obama bildirib.     
 
Bayden bu cür mükafatın onun üçün gözlənilməz olduğunu bildirərək, Obamaya təşəkkürünü bildirib.   
Cia.az