Dəməşq ətrafında yerləşən hərbi aeroport İsrail tərəfindən raket atəşinə tutulub.
APA-nın “Sinhua”ya istinadən verdiyi xəbərə görə, Əl-Məzza rayonunda yerləşən aeroportun yaxınlığında bir neçə partlayış baş verib. Sama TV raketlərin İsrail ərazisindən atıldığını iddia edib.
Hadisə yerində partlayışlardan sonra güclü yanğın baş verib.
cia.az
