|
Ağ Ev: ABŞ kiberhücumlara birinci başlamayıb
Rusiya ilə münasibətlərdə kiberhücumları ABŞ birinci  həyata keçirməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının mətbuat katibi Coş Ernest bildirib.
 
“Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, - deyə Ernest qeyd edib.
 
Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.  
 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden bundan əvvəl   Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.
 
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.    
 
Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.