Qərb mediası Rusiyanın bəyanatlarına baxmayaraq Suriyadakı hərbi kontingentini artırdığını yazır.
Adı açıqlanmayan 2 amerikalı məmur Putinin Suriyadakı hərbi varlığı azaltmaq barədə dekabrda etdiyi çıxışa rəğmən bölgəyə 4 yeni Su-25 qırıcısının gətirildiyini bildirib.
“Ruslar getdiklərini deyirlər amma biz bunun heç bir əlamətini görmürük. Əksinə, Hmeymim bazasına yeni qüvvələrin gəldiyi müşahidə edirik” – deyə mənbə “Fox News” telekanalına açıqlamasında deyib.
Cia.az
