|
“Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - Açıqlama
“Bakı Bus” (Baku Bus) avtobuslarında  "Wi-Fi" sistemi qurulsa da, hələlik aktiv deyil.
Bu sözləri “Bakı Bus”un nümayəndəsi avtobuslarda  "Wi-Fi"ın niyə işləməməsi haqda Axar.az-a danışarkən deyib. O, yaxın zamanda avtobuslara “Vay-Fay”ın fəaliyyətə başlayacağını bildirib:
“Bu istiqamətdə işlər görürük. Yaxın vaxtlarda sərnişinlər “Bakı Bus” avtobuslarında  "Wi-Fi" xidmətindən yararlana biləcəklər”.
Qeyd edək ki, sərnişinlər tez-tez “Bakı Bus” avtobuslarında  "Wi-Fi" işarəsi olmasına rəğmən, bu xidmətdən yararlana bilmədiklərindən şikayətlənirlər.
Cia.az