|
ABŞ-da avtomobil zavodunda partlayış: yaralananlar var
ABŞ-da “McNeilus” şirkətinə məxsus avtomobil zavodunda partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. İlkin məlumata əsasən, partlayış zavodun boya sexində qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
cia.az