|
Əfqanıstan: “Talibandan qisas alacağıq”
Kabil teraktına görə Talibandan qisas alacağıq.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qəni söyləyib.
 
“Əfqan xalqının qatilləri dünyanın istənilən ölkəsində təhlükəsizlikdə yaşamayacaqlar. Onlar vətəndaşlarımızın qətlinə görə cavab verəcəklər. Kabil teraktı bir daha göstərdi ki, Taliban xalqa və insanlığa düşməndir”, – prezident bildirib.
 
Qeyd edək ki, Kabildə törədilən son terror nəticəsində 38 dinc sakin həlak olub.
cia.az