Səudiyyə Ərəbistanı yenidən Livana hərbi yardım göstərməyə başlayacaq.
Bu barədə informasiyanı “Frans Press” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bundan öncə Fransa ilə 3 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, bütün silahlar Livana terrorizmlə mübarizə üçün verilməli idi. Sonradan Beyrutun Suriya məsələsində tutduğu mövqeyə görə Ər-Riyad bu yardımı dondurmuşdu.
cia.az
