|
Malidə hərbçilər minaya düşüb, 5 nəfər ölüb
Malidə hərbçiləri aparan maşın minaya düşüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 hərbçi ölüb. İnsidentin Sequ şəhəri yaxınlığında baş verdiyi bildirilir.
 
Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.
cia.az