|
İki qatar toqquşdu: 22 yaralı
Serbiyanın şimalında sərnişin və yük qatarları toqquşub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Belqrad-Novi Sad xəttində qeydə alınıb. Qəza nəticəsində 18 nəfər yüngül, 4 nəfər ağır xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
 
İnsidentin səbəbləri araşdırılır.
Cia.az