|
Sabiq deputatlar nə işlə məşğuldur?
2015-ci ildə Azərbaycanın 5-ci çağırış Milli Məclisi formalaşdı. Lakin daha öncəki çağırışda parlamentdə təmsil olunan bir çox deputatlar bu dəfə mandatsız qaldılar. Onlar arasında universitet rektorları da var idi ki, hazırda həmin şəxslər rəhbərlik etdikləri təhsil müəssisəsində rektor kimi fəaliyyətlərini davam etdirirlər. 
 
Lakin digər sabiq deputatlara gəlincə isə onlardan bəziləri siyasi fəaliyyətlərini davam etdirsələr də, bir qismi, ümumiyyətlə, ictimai sektordan kənarlaşıblar.  Deputat olduqları zaman tez-tez mətbuat səhifələrində müsahibələri, açıqlamaları görünən deputatların bəziləri artıq heç bir ictimai-siyasi hadisəyə reaksiya vermir.

Sabiq deputatlar nə işlə məşğuldurlar?

Image result for Ceyhun Osmanlı
 
Əldə etdiyimiz məlumata görə, Sabirabad rayonundan deputat seçilmiş Ceyhun Osmanlı hazırda biznes fəaliyyəti ilə məşğuldur. Onun işi ilə əlaqəli daha çox Avropa ölkələrində olduğu bildirilir.
 
Image result for Aydın Abbasov
 
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən seçilən sabiq deputat Aydın Abbasovun isə İstanbulda olduğunu öyrəndik. Eyni zamanda sabiq deputat bakipost.az saytına açıqlamasında da bildirib ki, oğlu İstanbulda universitetdə oxuduğu üçün daha çox onun yanında qalmağa çalışır.
 
Image result for İqbal Ağazadə
 
Ümid Partiyasının sədri sabiq deputat İqbal Ağazadə isə hazırda partiya sədri olaraq fəaliyyətini davam etdirir. O, tez-tez mətbuat vasitəsilə siyasi və ictimai məsələlərə münasibətini bildirir, sosial şəbəkədə də aktivdir.
 
Image result for İkram İsrafil
 
41 saylı Sumqayıt seçki dairəsini təmsil etmiş sabiq deputat İkram İsrafil də siyasi fəaliyyətlə məşğuldur və Müsavat Partiyasının Divan üzvüdür.  
 
Image result for Əhəd Abıyev
 
70 saylı Masallı şəhər seçki dairəsini təmsil etmiş sabiq deputat Əhəd Abıyev hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 
 
Image result for Pənah Hüseyn
 
63 saylı Sabirabad seçki dairəsini təmsil etmiş sabiq deputat Pənah Hüseyn də hazırda siyasi fəaliyyətlə məşğuldur və Azərbaycan Xalq Partiyasına (AXP) rəhbərlik edir. Onun da tez-tez mətbuat səhifələrində müxtəlif siyasi hadisələrə münasibətini görürük0.
 
Image result for Sabir Rüstəmxanlı 
 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  72 saylı Yardımlı-Masallı dairəsindən deputat olmuş Sabir Rüstəmxanlı hazırda siyasi fəaliyyətini davam etdirir. Müxtəlif tədbirlərə qatılıb, siyasi proseslərə mətbuat vasitəsilə münasibətini bildirir.
Image result for Nəsib Nəsibli
 
34 saylı Xətai ikinci seçki dairəsini təmsil etmiş sabiq deputat Nəsib Nəsibli elmi-pedaqoji və siyasi fəaliyyətlə məşğuldur. 
 
Image result for Arzu Səmədbəyli
 
8 saylı Binəqədi seçki dairəsini təmsil etmiş sabiq deputat  Arzu Səmədbəyli siyasi fəaliyyətlə məşğuldur və Müsavat Partiyası Məclisinin üzvüdür. Uzun müddətdir ki, ictimai-siyasi proseslərə reaksiya bildirmir.
 
Image result for Aynur Camalqızı
 
95 saylı Tərtər seçki dairəsini təmsil etmiş sabiq deputat Aynur Camalqızı isə hazırda media sahəsində çalışır. O, “Teleqraf” media holdinqinin rəhbəridir.