Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Yeni ilin ilk tamaşasının məşqlərinə başlayıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanan tamaşa Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq. Tamaşada rolları Xalq Artisti Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Sona Qarayeva, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Premyerası martın 31-də keçiriləcək səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.
Cia.az
