|
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Qol.az-ın xəbərinə görə, Elxan Abdullayevin komandası Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun özbəklərin qələbəsi ilə başa çatıb – 1:0. Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi. Cia.az
|
