|
Almaniya mühacirlərlə bağlı qanunları sərtləşdirir

Almaniya hökuməti Milad yarmarkasına təşkil edilən terror hücumundan sonra qanunları sərtləşdirmək barədə qərar qəbul edib. 


Musavat.com-un məlumatına görə, daxili işlər naziri Tomas de Maiziere və ədliyyə naziri Heiko Maas keçirdikləri görüş zamanı terror təhlükəsinə qarşı qanunların sərtləşdirilməsi barədə razılığa gəliblər. DİN başçısı və ədliyyə naziri görüşdən sonra birgə mətbuat konfransı təşkil edib. Mətbuat konfransında şübhəli kimi dəyərləndirilən şəxslərin daha asan saxlanılması və həbs müddətinin uzadılması yönündə razılığa gəlindiyi qeyd edilib. 
 
Daxili işlər naziri Tomas Maiziere şəxsiyyətini gizlədən şəxslərin ölkədə müəyyən edilmiş yerlərdə qalma məcburiyyətinin tətbiq edilməsini istədiyini bildirib. Almaniyadan mühacirət ala bilməyən şəxsləri qəbul etməyən ölkələrə sanksiya tətbiq olunmasını istəyən DİN rəhbəri həmin ölkələrə yardımların da azalmasının vacibliyini vurğulayıb. 
 
Ədliyyə naziri Maas da həmin ölkələrə yardımların dayandırılması və viza məhdudiyyəti qoyulması kimi bir çox tədbirlərin alınması gərəkdiyini qeyd edib. 
cia.az