|
ABŞ BMT-nin keçmiş baş katibinin qardaşını və qardaşı oğlunu rüşvətxorluqda günahlandırır
ABŞ hökuməti BMT-nin keçmiş baş katibi Pan Ki Munun qardadaşını və qardaşı oğlunu rüşvətxorluqda günahlandırır. 
Bu barədə məlumat "Reuters" agentliyində yer alıb. 
Məlumata görə, iş üzrə sənədlər Manhetten məhkəməsinə verilib. Sənədlərə əsasən, keçmiş baş katibin qardaşı Pan Ki San və qardaşı oğlu Pan Çu Hen yaxın şərq ölkələrinin rəsmi nümayəndələrini rüşvətlə ələ almaqda günahlandırılır.
 
Biddirilir ki, iş Vietnamdakı 800 milyon dollar dəyəri olan bina kompleksinin satılması ilə bağlıdır. Keçmiş baş katibin qardaşı oğlu Nyu-Yorkdakı daşınmaz əmlakın satışı ilə məşğuldur, qardaşı isə Cənubi Koreyanın "Keangnam EnterprisesCo LTD" tikinti şirkətində baş məşvərətçi işləyir.
cia.az