Səudiyyə Ərəbistanı Livan üçün ayrılan və bir il əvvəl dondurulan hərbi yardımı davam etdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "France Press" agentliyində yer alıb.
2014-cı ilin avqustunda Səudiyyə Ərəbstanı, Fransadan Livan ordusu üçün hərbi texnika almaq üçün 3 milyard dollar vəsait ayırıb. Bu kömək terrorizimlə mübarizə çərçivəsində ayrılıb. 2016-cı ilin fevral ayında krallıq köməyin dondurulduğunu elan edib. Bunu Beyrutun siyasi mövqeyi ilə əlaqələndiriblər.
Hərbi köməyin davam etdirilməsi Livan prezdenti Mişel Aunun, Səudiyyə Ərəbistanı kralı Salmanla Ər-Riyaddakı görüşdən sonra məlum olub.
