|
Göygöldə 4 otaqlı evdə yanğın olub
Göygöldə yanğın hadisəsi qeydə alınıb. 
Cia.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Toğanalı kəndində hal-hazırda yaşayış olmayan ümumi sahəsi 200 m2 olan 4 otaqlı tikilidə baş verib. Nəticədə tikilinin dam örtüyü, tavanı 80 m2 sahədə və içərisində olan istifadəyə yararsız 10 ədəd döşək qismən yanıb. 
 
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
cia.az