|
"Ərdoğan bizə atalıq etdi"
İraqın Telafer və Mosul ərazisindən İŞİD və Həşdi Şabi zülmündən qaçaraq Suriya vasitəsilə Türkiyəyə sığınan 5 min türkman sığınacaq şəhərciyə yerləşdirilib.
Türkiyədə təhlükəsizliklərinin təmin edildiyini deyən mühacir türkmanlar Ərdoğanın onlara atalıq etdiyini bildirib.
Türkmanların nümayəndəsi Abbas adlı şəxs Türkiyədən razılığını qeyd edib:
 
"Təyyarə bombaladı bizi, biz də bura gəldik. Allah qorudu bizi. Allah Türkiyəni də qorudu ki, buralara gəlmişik. Oralar çox pisdir. Allah türkmanları, Rəcəb Tayyib Ərdoğanı da qorusun. Biz sizdən çox razıyıq, Allah da razı olsun".
Cia.az