|
Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb
ABŞ prezidenti Barak Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb.
 
 Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə B.Obama Çikaqoda vidalaşma nitqində deyib.
 
"Bizim demokratiyamız təhdid altındadır", - deyə ABŞ lideri bildirib.
 
"Partiyadan asılı olmayaraq bizim hamımız demokratik institutlarımızı bərpa etməliyik", - deyə B.Obama bildirib.
 
Qeyd edək ki, yanvarın 20-də Obama öz postunu tərk edir. Yeni prezident Donald Tramp olacaq.