|
Millimiz üçün həlledici oyun

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa cıxacaq.

Qol.az xəbər verir ki, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gələcək. . Qarşılaşma Bakı vaxtilə saat 13:00-da başlayacaq. 

Komandamız ilk görüşdə Litvaya uduzduğundan (1:2) bu görüşdə mütləq qalib gəlməlidir. Əks halda millimiz mükafatlar uğrunda mübarizə şansını itirəcək.

Qrupun digər oyununda Slovakiya və Litva yığmaları qarşılaşacaq.


11 yanvar 

13:00. Azərbaycan - Qazaxıstan